BAKI, 14 iyul. TELEQRAF
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ" və "Şamaxı" komandaları arasında yoxlama oyunu keçirilib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Şamaxı”nın yay toplanışı avqustun 7-dək, “Qəbələ"nin hazırlığı isə avqustun 8-dək davam edəcək. Növbəti dəfə "İmişli" ilə qarşılaşacaq Kaxaber Tsxadadzenin komandası təlim-məşq toplanışı müddətində daha 3 yoxlama matçı keçirməyi planlaşdırır. Ayxan Abbasovun kollektivi isə "Karvan" (21 iyul), "Kəpəz" (26 iyul) və "İmişli" (9 avqust) ilə qüvvəsini sınayacaq.