AZ

Saat 10:00-da qaz kəsiləcək -

İyulun 15-də Lerik rayonunun 16 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.Bu barədə Metbuat.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Lerik rayonu ərazisində yerləşən “Lerik” qaz paylayıcı stansiyasında orta təzyiqli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərində aparılacaq kipliyə sınaq işləridir.

Bununla bağlı iyulun 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək, 16 yaşayış məntəqəsi üzrə 1050 abonentin qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Seçilən
32
9
metbuat.az

10Mənbələr