AZ

Sabah bu rayona qaz verilişində fasilə yaranacaq

BAKI, 14 iyul. TELEQRAF

İyulun 15-də Lerik rayonunun 16 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, qaz təchizatının dayandırılmasına səbəb Lerik rayonu ərazisində yerləşən “Lerik” qaz paylayıcı stansiyasında orta təzyiqli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərində aparılacaq kipliyə sınaq işləridir.

Bununla bağlı iyulun 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək, 16 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təchizatının dayandırılması nəzərdə tutulur.

Seçilən
25
9
teleqraf.com

10Mənbələr