Paris. Trend:
Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrəBeynəlxalq Mərkəzinin (ICCROM) Proqramlar rəhbəri Valeri MaqarAzərbaycanın mədəni irsin qorunması sahəsində məlumatlılığınartırılmasına verdiyi dəstəyi yüksək qiymətləndirib.
Trend xəbərverir ki, Ümumdünya İrs Komitəsinin 47-ci sessiyasında İçərişəhərinUNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25-ciildönümünə həsr olunmuş mərasimdə çıxış edən V.Maqar tədbirintəşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib vəölkənin onun mədəniyyətə xidmət sahəsində maarifləndirilməsi,potensialının artırılması və təbliğində güclü dəstəyini qeydedib.
Ümumdünya İrs Komitəsinin üç rəsmi məsləhət orqanından biri kimiICCROM Ümumdünya İrs obyektlərinin mühafizəsi və davamlı idarəolunmasını təşviq edir. V.Maqar vurğulayıb ki, ICCROM-unfəaliyyətinə hər bir regionun xüsusi konservasiya və idarəetməehtiyaclarını nəzərə alan qlobal və regional proqramlardaxildir.
O, Norveç hökumətinin dəstəyi ilə həyata keçirilən “İnsanyönümlü Ümumdünya İrsinin idarə olunmasına yanaşma” proqramı barədəməlumat verib. Bu proqram kontekstual və inklüziv idarəetməmetodlarının təşviqinə yönəlib. Proqram həmçinin Ümumdünya İrsobyektlərinin idarəolunma effektivliyinin və sosial təsirininqiymətləndirilməsi üçün praktik alətlər təqdim edir.
Maqar qeyd edib ki, şəhər irsinə daha geniş hüquqi, sosial vəinzibati kontekstdə baxmaq lazımdır.
"Bu cür kompleks yanaşma icmaların və mədəni irs obyektlərininbirgə mühafizəsini təmin edir", - deyə o bildirib.
O, həmçinin əlçatanlığın və ünsiyyətin vacibliyini vurğulayaraqqeyd edib ki, ICCROM öz təlim materiallarını bir neçə dildə təklifedir və üzv dövlətləri əhatə dairəsini artırmaq üçün resurslarıyerli dillərə tərcümə etməyə təşviq edir.
Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzulardatədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yertutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərinUNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunan təqdimat olub.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə MilliKomissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyininvə Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkilolunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsinkonservasiyası və kommunikasiyası təcrübələri” olub.
"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı ermənitəcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərininxatirəsinə həsr olunmuş bukletlər paylanıb.
Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsiElman Abdullayev olub.
Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdimolunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəkifəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.