FIFA-nın keçmiş prezidenti Yozef Blatter, təşkilatın hazırkı rəhbərliyinin ünvanına, son illər turduğu istiqamtə görə tənqidlə çıxış edib.
Arena.az “The Athletic” dərgisinə istinadən, 89 yaşlı isveçrəli mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz futbolu Səudiyyə Ərəbistanına uduzmuşuq. Onlara oyun təklif edildi – onlar isə onu götürdülər. Təəccüblüdür ki, FIFA-nın özünün daxilində buna qarşı heç bir müqavimət yoxdur.
Futbol çoxalıb. Eyni oyunçular və klublar gərəkli istirahət almadan təkrar-təkrar əzab-əziyyət çəkirlər. Klublararası dünya çempionatını müşahidə etmiş ifrat isti – sağlamlıq üçün zərərli və yolverilməzdir”, deyə Blatter vurğulayıb.
Yozef Blatterin sözləri sosial şəbəkələrdə dərhal tərfdarlar toplayıb. Həqiqətən son illərdə Səudiyyə Ərəbistanının dünya futbol səhnəsində rolu qabarır.
“Çelsi”nin PSJ üzərində 3:0 hesablı qələbəsi ilə başa çatmış 2025-ci il FIFA Klub Dünya Kubokunun keçirilməsi fikri isə futbol dünyasının əksər aparıcı simaları tərəfindən ilk gündən qəbul edilməmişdi. Narazı cəbhə bu yarışın futboldan çox kommersiya maraqlarına xidmət etdiyi qənaətindədir.