AZ

Aİ ABŞ-ın 70 milyard avroluq malına rüsum tətbiq edəcək

BAKI, 14 iyul. TELEQRAF

Avropa Komissiyası ABŞ-dən idxal olunan məhsullara qarşı cavab rüsumlarının tətbiq olunması məqsədilə ümumi dəyəri 70 milyard avro olan mal siyahısını Avropa İttifaqı ölkələrinə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç Aİ-nin xarici işlər və xarici ticarət nazirlərinin görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Biz üzv dövlətlərə ABŞ-dən olan məhsulları əhatə edən 70 milyard avro dəyərində siyahı təqdim etdik", - o vurğulayıb.

O qeyd edib ki, bu tədbirlərin qüvvəyə minməsi hələlik təxirə salınıb və onların tətbiqi ən tez avqustun 1-dən sonra mümkün olacaq.

phrase_var_article.chosen
112
teleqraf.com

1phrase_var_article.sources