AZ

Zelenski Trampın nümayəndəsi ilə əməkdaşlığı müzakirə edib

BAKI, TurkicWorld

Zelenski Trampın nümayəndəsi ilə Kiyevdə görüşüb.

TurkicWorld xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kellogq ilə Kiyevdə görüş keçirib.

Görüşdə sülh prosesləri və müdafiə əməkdaşlığı müzakirə olunub.

Prezident Zelenski Telegram hesabında görüş barədə paylaşım edərək bildirib ki, tərəflər "sülhə aparan şərq yolunu və bu prosesin necə sürətlənə biləcəyini" müzakirə ediblər. Ukrayna lideri Rusiyaya qarşı daha sərt tədbirlər görülməli olduğunu vurğulayıb.

“Rusiyaya qarşı gücdən istifadə edilməlidir. ABŞ-ın liderliyi bizim üçün vacibdir. Bizə daha çox hava hücumundan müdafiə sistemi, birgə silah istehsalı və Avropa ilə daha effektiv müdafiə əməkdaşlığı lazımdır.” - deyə o bildirib.

Zelenski, həmçinin Rusiyaya və ona dəstək verənlərə qarşı sanksiyaların artırılması çağırışını yeniləyib və ABŞ-ın davam edən dəstəyinə görə təşəkkür edib. Keyt Kellogq bir həftə ərzində Kiyevdə danışıqları davam etdirəcək.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp da Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri göndəriləcəyini açıqlayıb. Merilend ştatındakı Andrews Hərbi Hava Bazasında jurnalistlərin suallarını cavablandıran Tramp,

“Patriot raketlərinin sayı hələ müəyyən olunmayıb. Amma onların bir hissəsini göndərəcəyik. Lakin ödənişi Avropa Birliyi edəcək. Bu bizim üçün bir işdir, heç bir pul xərcləməyəcəyik.” - deyə bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl Ukraynaya silah yardımının NATO vasitəsilə təşkil ediləcəyini və bu prosesin maliyyə yükünün alyans üzvləri tərəfindən qarşılanacağını bəyan etmişdi.

Seçilən
68
50
turkic.world

10Mənbələr