Yeni mövsümdə Almaniya Bundesliqasında mübarizə aparacaq “Hamburq” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Leypsiq”dən Yussuf Poulseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Poulsen 2013-cü ildən “Leypsiq”də çıxış edirdi. O, 425 oyunda 95 qol vurub, 66 məhsuldar ötürmə edib.