Paris. Trend:
Azərbaycan dünya mədəni irsinin qorunub-saxlanılmasında misilsizişlər görüb.
Trend xəbər verirki, bunu “La Gazette du Caucase”nin baş redaktoru Jan-Mişel BrünUNESCO Dünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsindəİçərişəhərin UNESCO Dünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsr olunmuş tədbirdə etdiyi çıxışda söyləyib.
Brün Azərbaycanı mədəni irsin qorunması sahəsində mühüm roloynayan ölkə kimi dəyərləndirib və bildirib ki, Azərbaycan həm ölkədaxilində, həm də xaricdə abidələrin qorunması üzrə layihələridavamlı və aktiv şəkildə dəstəkləyir.
Azərbaycanın ən nəzərəçarpan təşəbbüsləri sırasında o, İtaliyavə Fransada tarixi obyektlərin bərpasını qeyd edib.
Jan-Mişel Brün Heydər Əliyev Fonduna və onun Prezidenti MehribanƏliyevaya xüsusi təşəkkürünü bildirib, Fondun xüsusilə Vatikanərazisindəki xristian mədəni irsinin bərpasına verdiyi mühümtöhfəni qeyd edib.
“Azərbaycan – müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkə olaraqxristian dini irsinin qorunmasına ən böyük töhfə verən dövlətdir”,– deyə o əlavə edib.
Brün, həmçinin, Ermənistan tərəfindən Qarabağın işğalı zamanımədəni abidələrə vurulan ziyanı xatırladıb və Azərbaycanın azadedilmiş ərazilərin bərpası istiqamətindəki göstərdiyi səyləriyüksək qiymətləndirib.
“Şuşa, Ağdam şəhərlərinin mədəni dəyərləri, eləcə də, xristiandini obyektləri dağıdılıb və talan olunub – mən bu fəsadlarınşəxsən şahidi olmuşam. Bu gün Azərbaycan məscidlərin vəmonastırların bərpası, oğurlanmış xalçaların geri qaytarılması,zədələnmiş saray və abidələrin yenidən qurulması üçün misilsizsəylər göstərir”, – deyə Jan-Mişel Brün vurğulayıb.
O, həmçinin, Azərbaycanın multikulturalizm və dinlərarası dialoqsahəsindəki dövlət siyasətinin unikal xarakterini qeyd edərək,ölkənin müxtəlif ölkələrdə mədəni irsin bərpası üzrə beynəlxalqlayihələrdə, habelə mədəni dəyərlərin qorunmasına dair tədrisproqramlarında iştirakını xüsusi vurğulayıb.
Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzulardatədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yertutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərinUNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunan təqdimat olub.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə MilliKomissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyininvə Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkilolunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsinkonservasiyası və kommunikasiyası təcrübələri” olub.
"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı ermənitəcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərininxatirəsinə həsr olunmuş bukletlər paylanıb.
Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsiElman Abdullayev olub.
Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdimolunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəkifəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.