AZ

FIFA PSJ-nin baş məşqçisini bu hərəkətinə görə cəzalandıra bilər - VİDEO

BAKI, 14 iyul. TELEQRAF

FIFA Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrikeni cəzalandıra bilər.

Teleqraf xəbər verir ki, səbəb ispaniyalı mütəxəssisin klublararası dünya çempionatının finalında İngiltərənin "Çelsi" komandasına 0:3 hesabı ilə uduzduqları oyunda etdiyi hərəkətlərdir.

Enrike qarşılaşmadan sonra rəqib komandanın futbolçusu Juan Pedro ilə mübahisə edib.

FIFA məsələni araşdırmaq üçün hər iki tərəfdən izahat istədiyib. Xüsusilə Luis Enrikenin etik qaydalar çərçivəsində hərəkət edib-etməməsi diqqət mərkəzindədir.

Baş məşqçinin 3 oyunluq cəzalandırılacağı bildirilir.

Seçilən
3
teleqraf.com

1Mənbələr