AZ

Yıldız Tilbenin təbii görünüşü sosial şəbəkədə gündəm oldu - FOTO

Yıldız Tilbenin təbii görünüşü sosial şəbəkədə gündəm oldu - FOTOMüğənnilik karyerası, səhnədəki enerjisi və fərqli tərzi ilə tez-tez gündəmə gələn Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbe bu dəfə makiyajsız və təbii görünüşü ilə diqqət çəkib.

Sonxeber.az xəbər verir ki, uğurlu musiqi karyerası ilə yanaşı, özünəməxsus duruşu ilə də seçilən Tilbe, yay tətilini keçirərkən obyektivlərə makiyajsız halda tuş gəlib.

Onlarla hit mahnıya imza atan, duyğusal sözləri və güclü ifası ilə sevilən sənətçi, son olaraq Bodrumda reper Çakal ilə birgə çəkdirdiyi foto ilə gündəmə gəlib. Günəşdən qaralmış dərisi, başına bağladığı bandanası və sadə geyimi ilə poz verən Tilbenin təbii halı sosial mediada böyük maraq doğurub.

Yıldız Tilbenin makiyajsız və bəzəksiz halda insanlar arasında sərbəst dolaşması sosial şəbəkə istifadəçiləri tərəfindən təqdirlə qarşılanıb. İzləyicilər "Həqiqi sənətçi təbiiliyini itirməyən sənətçidir", "Yıldız Tilbe yenə çox səmimi" kimi şərhlərlə sənətçinin təbii və içdən davranışlarını yüksək qiymətləndiriblər.

Səhnə geyimləri qədər gündəlik həyatda da sadəliyi ilə seçilən Yıldız Tilbe səmimiyyəti və təbiiliyi ilə sevənlərinin qəlbində yer almağa davam edir.
Yıldız Tilbenin təbii görünüşü sosial şəbəkədə gündəm oldu - FOTO

Seçilən
86
sonxeber.az

1Mənbələr