Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazirin birinci müavini Yuliya Sviridenkonun hökumətə başçılıq etməsini təklif edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə öz teleqram kanalında məlumat verib.
Prezident Sviridenko ilə görüşüb və onunla Ukraynanı dəstəkləmək üçün avropalı və amerikalı tərəfdaşlarla müqavilələrin icrasını müzakirə edib. Bundan əlavə, Ukraynanın iqtisadi potensialının gücləndirilməsi, ukraynalılara dəstək proqramlarının genişləndirilməsi və ölkə daxilində silah istehsalını genişləndirə biləcək tədbirlər müzakirə edilib.
Sviridenkonun 39 yaşı var. Son dörd ildə o, Baş nazirin iqtisadiyyat üzrə müavini vəzifəsini tutub.
Nəşrin yazdığına görə, Ukraynanın hazırkı Baş naziri Denis Şmıqal müdafiə naziri, onun sələfi Rüstəm Umerov isə Ukraynanın ABŞ-dəki səfiri olacaq.

