AZ

Futbolu Səudiyyə Ərəbistanına uduzduq: Blatter nəyə işarə edir?

FİFA-nın keçmiş prezidenti Yozef Blatter federasiyanın hazırkı rəhbərliyini və təşkilatın son illərdə seçdiyi kursu tənqid edib.

Publika.az xəbər verir ki, Blatterin sözlərini “The Athletic” sitat gətirib.

“Futbolu Səudiyyə Ərəbistanına uduzduq. Onlara oyun təklif etdilər və aldılar. Təəccüblüdür ki, FİFA-nın özündə də buna müqavimət yoxdur.

Futbol turnirləri həddindən artıq çoxdur. Eyni oyunçular və klublar kifayət qədər istirahət etmədən dəfələrlə meydana çıxırlar. Klublararası Dünya Çempionatı zamanı yaşanan həddindən artıq istilər sağlamlıq üçün təhlükəlidir və qəbuledilməzdir”, – Blatter bildirib.

Seçilən
22
publika.az

1Mənbələr