AZ

“Bayer” Kristian Kofane ilə gücləndi

“Bayer” 18 yaşlı kamerunlu mərkəz hücumçusu Kristian Kofaneni “Albasete”dən tamhüquqlu əsasda “əczaçılar”ın heyətinə qatıb.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.

Keçid Leverkuzen klubuna 5,25 milyon avro məbləğ müqabilində başa gəlib.

Kofane “Albasete”nin məzunudur. “Bayer” Kofanenin böyük futbol səhnəsində çıxış edəcəyi ikinci klub olacaq.

Geridə qalımış 2024/2025-ci illər mövsümü Kofanenin böyük futbolda debüt mövsümüdür. Kamerunlu hücumçu “Albasete” üçün 20 oyuna 8 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Kofane milli komandaya cəlb edilməyib. Gənc hücumçu futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı kamerunlu mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr