Paris. Trend:
Fransada UNESCO-nun baş qərargahında Azərbaycanın təşkilatdakıDaimi Nümayəndəliyinin, “İçərişəhər” Dövlət Qoruğununtəşkilatçılığı və “Trend” informasiya agentliyinin media dəstəyiilə mötəbər tədbir keçirilib.
Trend xəbər verirki, bu barədə “Baku Network” analitik mərkəzinin proqram direktoruSahil Kərimli UNESCO Dünya İrs Siyahısı Komitəsinin 47-ci sessiyasıçərçivəsində bildirib.
Sessiya çərçivəsində, eyni zamanda, İçərişəhərin UNESCO-nunDünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuştədbir keçirilib.
Proqram direktoru “Baku Network” təşkilatçılığı ilə tədbirdəerməni təcavüzü zamanı həlak olmuş azərbaycanlı jurnalistlərinxatirəsinə həsr olunmuş bukletlərin paylanıldığını bildirib.
“Bu bukletlər UNESCO-nun qərargahında tədbir iştirakçılarınatəqdim olundu. Biz Ermənistanın təcavüzü nəticəsində həlak olanjurnalistlərin xatirəsini beynəlxalq ictimaiyyətə bir dahaçatdırmaq və Azərbaycanın ədalətli mövqeyini növbəti dəfə nümayişetdirmək istədik”, – deyə S.Kərimli vurğulayıb.
Onun sözlərinə görə, panel müzakirələrində məzmunlu çıxışlarsəsləndirilib.
“Xüsusilə UNESCO-nun 47-ci sessiyası və İçərişəhərin UNESCO-nunMədəni İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuştədbir çərçivəsində çoxsaylı çıxışlar edilib. Tədbirdə, həmçinin,"Trend" Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, "BakuNetwork"un rəhbəri Elçin Ağacanov çıxış edib”, – deyə S.Kərimlibildirib.
Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzulardatədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yertutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərinUNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunan təqdimat olub.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə MilliKomissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyininvə Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkilolunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsinkonservasiyası və kommunikasiyası təcrübələri” olub.
"Baku Network"un təşkilatçılığı ilə tədbir zamanı ermənitəcavüzü nəticəsində həlak olmuş Azərbaycan jurnalistlərininxatirəsinə həsr olunmuş bukletlər paylanıb.
Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsiElman Abdullayev olub.
Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdimolunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəkifəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.