AZ

Əlixanın ifası onun ürəyini partlardırdı... - KVN-dən kinoya

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

“Baş daşı” qısametraj filminə sırf Azər Quliyevə görə baxdım.

Kinoya sosial mediadan, KVN-dən gələnlərin kino mühitində yetişən müəlliflərlə işləməsi yaxşı tendensiyadır.

Misalçün, “Alatava” serialının, həmçinin, “Qapı” filminin ssenari heyətinə (rejissor: Vüsal Əhmədzadə)Emin Əfəndiyevin dəvət edilməsi nəticəsini verdi.
“Baş daşı”ya gəlincə;

1. Ssenari çox klişedir. Ailə üzvlərinin yadlaşması, sonra hər hansı vəziyyətlə üzləşməsi və haqq-hesab çürütməsi — konflikt kinoda ən çox müraciət edilən hekayələrdən biridir. “Baş daşı”ında bu mövzuyla bağlı maraqlı kontekst, yozum yoxdur.

2. Azər Quliyev rejissor kimisəliqəli işləyib, ona görə də filmdə rejissor mədəniyyəti hiss olunur: mizanların qurulmasında, planların məzmuna xitab etməsində və estetikliyində, operatorla doğru əməkdaşlıqda (operator: İman İmanov). Musiqi həlli də pis deyil.

3. Aktyorlar arasında parlayan Asiman Ağa Rövşən idi. Asiman roldan rola başqalaşa bilən aktyordur, hər dəfə maraqlı detallar tapır.

Deyəsən, bunu bir dəfə yazmışdım, Taleh Yüzbəyovun tragikomik rolları oynamaq üçün yaxşı potensialı var. Dramatik rollarda isə bu qədər uğurlu ola bilmir. Hərçənd, filmin əvvəlki epizodlarının bir neçə məqamında yaxşı oynamışdı. Bilmirəm, bəlkə də, çox peşəkar, təcrübəli rejissorla işləsə fərqli nəticə alınar.

Əlixan Rəcəbov isə...söz də tapa bilmirəm. Stanislavskinin ürəyini partladırdı Əlixanın ifası, yazıq heç “inanmıram” deməyə macal tapmazdı. Başa düşürəm ki, sponsorlar, populyar sima olduğu üçün Əlixanın oynamasını istəyirlər. Təəssüf ki, populyarlıq həmişə keyfiyyət göstəricisi deyil.

4. Dedilər ki, film Asif Rüstəmovun “Mərmər soyuğu”na əsaslanıb, deyəsən, Əlixan Rəcəbov bu filmdən təsirlənib. “Mərmər soyuğu” kimi pis film, yəqin ki, ancaq Əlixanı film çəkəcək qədər təsirləndirə bilərdi

"Sevdalı kino"

Seçilən
12
1
kulis.az

2Mənbələr