AZ

“Barselona” Küveyt əsilli futbolçunu transfer edib

Bakı, 14 iyul, AZƏRTAC

İspaniyanın “Barselona” komandası heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Küveyt əsilli isveçli hücumçu Runi Bardci ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2022-ci ildən Danimarka təmsilçisi “Kopenhagen”də çıxış edən 19 yaşlı hücumçu bu müddət ərzində 84 oyunda 15 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, İsveçin U-21 yığmasının da üzvüdür.

 

Seçilən
48
3
azertag.az

4Mənbələr