BAKI, 14 iyul. TELEQRAF
İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Danimarka "Kopenhagen"inin futbolçusu Runi Bardcini heyətinə qatıb.
20 yaşlı isveçli yarımmüdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Runi Bardci Danimarka Super Liqasının 2024/2025 mövsümündə 5 oyun keçirib. O, ölkə kubokunda da bir oyunda iştirak edib. "Transfermarkt" portalı Bardcinin bazar dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.