AZ

HIMARS zərbəsi Rusiya ordusunun yüksək rütbəli zabitlərini məhv etdi

HIMARS

Ukrayna Silahlı Qüvvələrinin 2 iyulda Kursk vilayətinin Korenevo qəsəbəsindəki müvəqqəti qərargaha endirdiyi HIMARS raket zərbəsi nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının 155-ci dəniz piyada briqadasının azı altı yüksək rütbəli zabiti həlak olub. Bu barədə “Novaya qazeta Evropa” açıq mənbələrə istinadən məlumat yayıb.Rusiya Müdafiə Nazirliyi zərbə nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının sahil qoşunları üzrə komandan müavini, general-mayor Mixail Qudkovun öldüyünü təsdiqləyib. O, ikinci dəfə “Rusiya Qəhrəmanı” ordenini ölümündən sonra alıb və beləliklə bu fəxri adı iki dəfə alan ilk şəxs olub.Digər həlak olan zabitlər:Polkovnik Sergey İlyinPolkovnik Leonid BaşkardinPolkovnik-leytenant Nariman ŞixəliyevKapitan 2-ci dərəcə Aleksandr ŞipunovMayor Şamil Murtazəliyev“Tayfun” veteran təşkilatının məlumatına görə, qərargaha dörd raket düşüb və 12 nəfər, o cümlədən briqadanın yeni komandiri, onun müavinləri və batalyon komandirləri ölüb. “Kommersant” yazır ki, zərbə hərbi heyətin düzülüş zamanı baş verib.Ukrayna kəşfiyyatının məlumatına görə, 155-ci briqada Kiyev vilayətinin işğalında iştirak edib və mülki əhalinin və əsirlərin kütləvi qətliamlarında ittiham olunur. 2024-cü ilin avqustunda briqada döyüşçüləri ukraynalı bir əsgərin başını nizəyə keçirərək video paylaşmışdılar.Ulusum.az

Diqqət Çəkənlər

Qızıl almaq istəyirsən? Bu XƏBƏR səni sevindirəcək - VİDEO

Hərbi qulluqçuların pensiyalarında dəyişiklik olacaq? - RƏSMİ

2 yaşlı qız çaya düşərək boğulub

phrase_var_article.chosen
106
ulusum.az

1phrase_var_article.sources