AZ

Mərkəzi Bank daha 5 sığorta şirkətinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı "Paşa Sığorta", "İpək Yolu Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta" və "AtaSığorta" ASC-lərə icrası məcburi göstəriş təqdim edib.

"Valyuta.az"ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

Qurum tərəfindən aparılan araşdırmalar və sığorta bazarının ümumi monitorinqi nəticəsində məlum olub ki, dörd sığorta şirkətində müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması halları aşkarlanıb. Bu səbəbdən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən, şirkətə icrası məcburi göstəriş verilib.

Digər tərəfdən, "AtaSığorta" ASC-də keçirilmiş monitorinq zamanı kibertəhlükəsizlik tələblərinin pozulması faktı müəyyən edilib. Həmin pozuntulara görə də eyni qanunvericiliyə əsasən, şirkətə icrası məcburi göstəriş təqdim olunub.

Mayya Hüseynova

Seçilən
123
1
valyuta.az

8Mənbələr