"Fənərbağça" klubunun futbolçusu Anderson Taliska sıradan çıxıb.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı hücumçu "Karagümrük"lə keçirilən yoxlama oyununda zədələnib.
Məlumata görə, ulduz futbolçu bud nahiyəsindən zədələnib. Taliskanın müalicəsinə başlanılıb. Joze Mourinyo braziliyalı futbolçunu Portuqaliyada keçiriləcək təlim-məşq toplanışına aparmayacaq.