Rekordlar qıran “Eşref Rüya” serialı plagiat iddiaları ilə diqqətləri üzərinə çəkməyə davam edir.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu dəfə tanınmış yazar Murat Menteş seriala qarşı məhkəmə iddiası açdığını açıqlayıb.
“Duru Mavii” adlı Wattpad yazıçısı daha əvvəl “Ateşten Küle” əsəri ilə serialın ssenarisi arasındakı oxşarlıqlar səbəbiylə qanuni hüquqlarından istifadə edəcəyini açıqlamışdı. Hadisədən sonra müəllif Murat Menteş müəllif hüquqları və plagiat iddiası qaldıracağını açıqlayıb.
Menteş verdiyi açıqlamada, Barış Arduç və Hande Erçelin baş rollarda çəkildiyi “03 Medya”nın istehsal etdiyi “Dehşet Bey” filminin seriala uyğunlaşdırılması Eşref Rüyadan alındığı iddiası ilə bağlı qanuni hüquqlarını istifadə edəcəyini açıqlayıb. O, həmçinin serialın prodüserləri Tims&B və Ethem Özışığa qarşı “müəllif hüququ və plagiat iddiası”nın açıldığını açıqlayıb.
Dəniz Pənahova