2-ci Liqa təmsilçisi "Şəmkir"in baş məşqçi postuna qayıdan Vüqar Nadirov Bakıda təşkil etdiyi oyunçu seçimlərini yekunlaşdırıb.
Bu Barədə Fanat.Az-a gənc mütəxəssisin özü məlumat verib.
Azərbaycan millisinin sabiq hücumçusu bir neçə futbolçu bəyəndiyini bildirib:
"ASK Arena"da seçimlərə 60-dan artıq oyunçu qatılmışdı. Aralarından 4-5 nəfərin performansı xoşuma gəldi. Adlarını indidən açıqlamaq istəmirəm, çünki hələ onların heç birinin "Şəmkir"də oynayacağı dəqiqi deyil. Sabah Göygöldə də seçimlər olacaq. Diqqət çəkməyi bacaranlar "Şəmkir"in məşqlərində bir daha sınaqdan keçiriləcəklər".
Nihat