AZ

Azərbaycanlı bloqer Rusiyada axtarışa verildi

Azərbaycan əsilli bloqer Subo (Sübhan Məmmədov) Rusiyada axtarışa verilib.

Day.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinon Moskva vilayəti üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, 50 milyon rubl məbləğində vergidən yayınmaqda şübhəli bilinən bloqer Subo-ya qarşı cinayət işi açılıb və o, axtarışa verilib.

Eyni zamanda, qeyd edilib ki, Subo-nun atası və qardaşı saxlanılıb. 

Qeyd edək ki, 2025-ci ilin fevralında Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib. Onun RF ərazisinə girişi 70 illiyinə qadağan olunub.

Sübhan Məmmədov Moskvada anadan olub və "Instagram"da və "YouTube"da video çarxlarının yayılması sayəsində internetdə məşhurlaşıb.

Seçilən
55
13
day.az

10Mənbələr