AZ

Tələbə qəbulu və buraxılış imtahanlarının nəticələri üzrə elmi-statistik təhlilin ictimai müzakirələri keçirilib - (FOTO)

Bakı. Trend:

14 – 16 iyul 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsilmüəssisələri üzrə buraxılış imtahanlarının nəticələrininelmi-statistik təhlilinin ictimai müzakirələri keçirilib.

Trend xəbərverir ki, müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti, təhsilqurumları və müəssisələrinin nümayəndələri iştirak edirlər.

Tədbirin ilk günü ali təhsil müəssisələrinin bakalavriatsəviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin müzakirəsihəyata keçirilib.

Tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizinmilli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanışolublar. Daha sonra “Abituriyent” jurnalının nəşrlərinə dairsərgiyə baxış keçirilib.İştirakçılara, eyni zamanda yazı işlərininyoxlanılma texnologiyası və DİM-in Gənc psixometrik təcrübəproqramı haqqında məlumatlar təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarəHeyətininsədri Məleykə Abbaszadə 1994-cü ildən Tələbə Qəbulu üzrəDövlət Komissiyası, sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindənrespublikada keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrıistiqamətləri və çoxsaylı parametrləri üzrə elmi-statistiktəhlillərin aparıldığını qeyd edib.

M.Abbaszadə bu imtahanların nəticələrinin təhlillərinin hamıüçün açıq və DİM‑in internet saytında yerləşdirilərək ictimaiyyətətəqdim olunduğu qeyd edib. Sədr bildirib ki, aparılanelmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzəçıxarır, eyni zamanda təhsildəki problem və çatışmazlıqları dagöstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif vətövsiyələr irəli sürür.

Daha sonra sədr ali təhsil müəssisələrinin bakalavriatsəviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrininelmi-statistik təhlilinə aidməlumatları iştirakçıların diqqətinəçatdırıb. Sədr illərə görə tələbə qəbulu planları və ərizəverənlərin sayının müqayisəsi, qruplar üzrə orta bal göstəriciləri,abituriyentlərin topladıqları balların paylanma diaqramları, testtapşırıqlarına düzgün cavabların orta-statistik göstəriciləri,attestat qiymətləri və qəbul imtahanlarında topladıqları ballarüzrə abituriyentlərin paylanması, rayon təhsil sektorları üzrəümumi göstəricilər və s. haqqında məlumat verib.
Ardınca iştirakçılar nəticələrin geniş müzakirəsini həyata keçirib.Sual-cavab əsasında aparılan təhlillərin müxtəlif məqamlarınaaydınlıq gətirilib və təkliflər dinlənilib.

Tədbirin birinci gününün yekununda humanitar, texniki və təbiətfənləri üzrə 2024-cü ildə keçirilən qəbul imtahanlarında istifadəolunan test tapşırıqlarının statistik göstəriciləri əsasındaelmi-metodiki təhlili təqdim olunub və müzakirələr davametdirilib.

Qeyd edək ki, müzakirələr iyulun 15-də buraxılış, iyulun 16-damagistratura və rezidentura səviyyələrinə, həmçinin orta ixtisastəhsili müəssisələrinə qəbulun nəticələrinin təhlilləri ilə davametdiriləcək.

Tələbə
Tələbə
Tələbə
Tələbə
Tələbə
Tələbə
Tələbə
Tələbə
Seçilən
113
3
az.trend.az

5Mənbələr