AZ

Tramp: ABŞ Ukraynaya "Patriot" da daxil olmaqla döyüş sursatları göndərəcək

Amerika lideri Donald Tramp bildirib ki, ABŞ Ukraynaya əlavə silahlar, o cümlədən "Patriot" sistemləri üçün raketlər göndərəcək və bunun əvəzini Avropa İttifaqı ödəyəcək.

Hurriyyet.az xəbər verir ki, Tramp iyulun 14-də Vaşinqtonda NATO-nun baş katibi Mark Rutte ilə görüşündə bu məsələnin müzakirə ediləcəyini vurğulayıb.

“Biz onlara müxtəlif növ müasir hərbi texnika göndərəcəyik. Və bunun üçün bizə 100% ödəyəcəklər”, - deyən o qeyd edib.

Eyni zamanda, Amerika lideri bir daha Avropa ölkələrini Kiyevin dəstəklənməsinə ABŞ-dan xeyli az xərclədiyinə görə qınayıb və vurğulayıb ki, Aİ Ukrayna üçün nəzərdə tutulan silahların göndərilməsi ilə bağlı “xərcləri ABŞ-a ödəyəcək”.

“Patriot” üçün 10 ədəd ələ keçirən raketin Kiyevə verilməsi planlarının qüvvədə qalıb-qalmaması ilə bağlı sualı cavablandıran Tramp: “Hələ sayı barədə qərar verməmişəm. Ancaq onlardan bəzilərini alacaqlar, çünki onların müdafiəyə ehtiyacı var. Amma Avropa Birliyi onların pulunu ödəyəcək. Bunun üçün heç nə ödəmirik, ancaq onları göndərəcəyik. Bizim üçün bu, sadəcə işdir və biz onlara “Patriot” göndərəcəyik”, – deyə Ağ Evin sahibi əlavə edib.

Qeyd edək ki "Axios" portalının daha əvvəl verdiyi məlumata görə, Tramp Vladimir Zelenskiyə dərhal “Patriot” üçün 10 ələ keçirən raket göndərəcəyini, həmçinin əlavə təchizat kanallarının tapılmasına kömək edəcəyini vəd edib.

Bizimyol.info

Seçilən
61
3
hurriyyet.az

10Mənbələr