AZ

Rusiya İstintaq Komitəsi bloger Subo barəsində cinayət işi açıb

Bloger Subo (əsl adı - Sübhan Məmmədov), xüsusilə böyük məbləğdə - 50 milyon rubl vergi ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda şübhəli bilinərək axtarışa verilib.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

O, 10 ilədək azadlıqdan məhrum edilə bilər.

"Hazırda bloger axtarışa verilib", - məlumatda bildirilib.

Seçilən
31
2
report.az

3Mənbələr