AZ

Mama-ginekoloq: Doğuşa bir neçə gün qalmış hamilə qadın “arıqlayır”

BAKI, 14 iyul. TELEQRAF

Təbii doğuş edən anaların bərpa müddəti adətən 6-8 həftə, qeysəriyyə əməliyyatı zamanı isə 12 həftəyə qədər çəkə bilər.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Tuğraxanım Əlinağıyeva deyib.

Həkim qeyd edib ki, doğuş sırasında oksitosin kimi hormonların ifrazı və doğumdan dərhal sonra körpənin erkən döşə qoyması laktasiyanın daha tez və effektiv stimulyasiyasına kömək edir.

“Bundan başqa, normal doğuş üsuluyla dünyaya gələn körpələrdə tənəffüs problemlərinə daha az rast gəlinir. Körpə təbii yolla dünyaya gələndə onun dərisi, gözlərinin və ağzının selikli qişası ananın doğuş yolunda olan mikroblarla kontaktda olur. Nəticədə, orqanizm üçün vacib olan mikroblarla ilkin tanışlıq baş tutur. Bu vəziyyət körpənin immunitet sisteminin inkişafını təmin edir. Həmçinin, təbii doğuş zamanı körpənin organizmində stres hormonları ifraz olunur. Bunun sayəsində körpələr xarici mühitə daha rahat adaptasiya olur. Körpə doğulduqdan dərhal sonra ananın qarnı/döşü üzərinə qoyularaq “dəri-dəriyə təmas” yaradılır. Bu isə öz növbəsində yenidoğulmuşun bədən tempraturunun saxlanılmasını, istilik zəncirinin qorunmasını, ana ilə körpə arasında sağlam psixoloji və emosional təmasın yaranmasını təmin edir.

Qadın hamiləliyin bütün dövrü ərzində çəkidə artmağa davam edir və doğuş anınadək 11-13 kq-dək çəki toplaya bilər. Doğuşa bir neçə gün qalmış qadın çəki artımının dayandığını və hətta 1-1,5 kq “arıqladığını” hiss edə bilər. Bu, şişkinliyin çəkilməsi və dölyanı maye miqdarında azalma hesabına baş verir", mama-giunekoloq qeyd edib.

Seçilən
3
teleqraf.com

1Mənbələr