AZ

Bakının iki rayonunda oğurluq edən şəxslər saxlanıldılar

BAKI, 14 iyul. TELEQRAF

Bakının Xətai və Xəzər rayonlarında yerləşən iki obyektdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, nəticədə zərərçəkənlərə ümumilikdə 1400 manat maddi zərər vurulub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 28 yaşlı Ə.Məhərrəmov, 26 yaşlı Ə.Alıyev və 21 yaşlı O.İgdalıyev saxlanılıblar.

Aparılan araşdırmalarla müəyyən olunub ki, Ə.Məhərrəmov daha bir marketdən 350 manat, digər saxlanılan şəxslər isə Xəzər rayonu ərazisində yerləşən iki evdən məişət və texniki əşyalar oğurlayıblar.

Araşdırmalar davam etdirilir.

Seçilən
5
8
teleqraf.com

9Mənbələr