AZ

KİV: "Rusiya qarşıdakı iki ayda hücumlarını gücləndirəcək"

Rusiya avqust və sentyabr ayları ərzində Ukraynanın şərq hissəsinə hücumlarını gücləndirmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, "Axios" portalı bu barədə Vladimir Putinlə və Donald Tramp arasında son söhbətin təfərrüatına istinadən yazıb.

Nəşrin yazdığına görə, V.Putin ABŞ Prezidentinə deyib ki, yaxın 60 gün ərzində o, Ukrayna vilayətlərinin inzibati sərhədlərinə qədər olan ərazilərini ələ keçirmək üçün yeni səylər göstərəcək.

Mənbə yazır ki, Kreml başçısının bu planını D.Tramp Fransa Prezidenti Emmanuel Makronla təkbətək söhbətində də söyləyib.

"O, hər şeyi götürmək istəyir", - deyə D.Tramp vurğulayıb.

Seçilən
10
xezerxeber.az

1Mənbələr