AZ

Premyer Liqa hakimləri danışılmış oyunlarda şübhəli bilinirlər

BAKI, 14 iyul. TELEQRAF

Qazaxıstanlı futbol hakimləri danışılmış oyunlarda şübhəli biliniblər.

Teleqraf xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası (QFF) Premyer Liqada XVI turun “Turan” – “Kızıljar” (1:2) oyunundan sonra baş hakim Timur Kumaşev və VAR hakiminin köməkçisi Georgi Çexovski mövsümün sonuna qədər diskvalifikasiya edib.

Bundan əlavə, qurum hakimlərin danışılmış oyunlarda iştirakı ilə bağlı araşdırmaya başlandığını elan edib.

Kumaşev və Çexovski bir sıra danışılmış oyunlarda şübhəli bilinirlər.

44 yaşlı Timur Kumaşev 2014-cü ildən Qazaxıstan Premyer Liqasında (QPL) işləyir.

Bu mövsümdə o, kobud səhvlərinə görə artıq bir aylıq diskvalifikasiya olunub. Onun səhvlərinin qəsdən olub-olmaması hazırda QFF-də araşdırılır.

Premyer Liqa başlayandan bəri Kumaşev baş hakim kimi 6 oyunu idarə edib:

35 yaşlı Georgi Çexovski QPL-də 2017-ci ildə debüt edib. O, “Turan” – “Qızıljar” oyununda VAR assistenti olub.

Çexovskinin QPL matçlarında baş hakim kimi statistikasını təqdim edirik:

Seçilən
14
teleqraf.com

1Mənbələr