Yeni futbol mövsümünə Türkiyədə hazırlaşan “Turan Tovuz”un təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən daha birinin adı məlum olub.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Türkiyə I Liqa təmsilçisi “Çorum”la qarşılaşacaq.
Matç iyulun 19-da baş tutacaq.
"Çorum"da Azərbaycan yığmasının üzvü Coşqun Diniyev forma geyinir.
Xatırladaq ki, bundan öncə "Turan Tovuz"un iyulun 29-da İran Pro Liqasının son çempionu "Traktor"la üz-üzə gələcəyi açıqlanmışdı.