AZ

Netanyahu Təl-Əviv məhkəməsində - rüşvət və korrupsiya işi üzrə yeni mərhələ

BAKI, TurkicWorld

Netanyahuya qarşı məhkəmə prosesi davam edir – Təl-Əvivdə dinləmələr başlayıb.

TurkicWorld xəbər verir ki, bu gün səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahuya qarşı açılmış cinayət işi üzrə dinləmələr Təl-Əviv Bölgə Məhkəməsində davam etdirilib.

Baş nazir bu mərhələdə məhkəmə zalında iştirak etməyib.

Xatırladaq ki, Netanyahu ötən ay da şahid ifadəsi üçün məhkəmədə iştirak etməmişdi. Səbəb kimi İranla gərginlik və baş nazirin ABŞ-a rəsmi səfəri göstərilmişdi. Hazırda məhkəmə prosesinin gələcək mərhələləri və müdafiə xətti İsrail mətbuatının gündəmində xüsusi yer tutur.

Qeyd edək ki, 2019-cu ilin noyabrında o zamankı baş prokuror Aviçai Mandelblit Netanyahuya qarşı üç ayrı korrupsiya işi üzrə ittiham irəli sürərək onu rüşvətxorluq, etimadı sui-istifadə və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməkdə təqsirləndirmişdi.

Netanyahu 2020-ci ilin mayında Qüdsdə keçirilən ilk iclasla vəzifədə olarkən məhkəmə qarşısına çıxan ilk İsrail baş naziri kimi tarixə düşüb. O, “1000”, “2000” və “4000” kimi tanınan üç müxtəlif iş üzrə rüşvət, dələduzluq və vəzifədən sui-istifadə ilə ittiham olunur.

Seçilən
120
7
turkic.world

9Mənbələr