AZ

Xüsusi icra məmurları haqqında yeni qanun qəbul ediləcək

Bakı. Trend:

Bu qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icraməmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin (bundansonra icra sənədləri) icrasını həyata keçirmək üçün xüsusi icraməmuru şəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxsxüsusi icra məmuru hesab ediləcək.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasındamüzakirə olunan “Xüsusi icra məmurları haqqında” qanun layihəsindəöz əksini tapıb.

Qanun layihəsinə əsasən, xüsusi icra məmuru məcburi icra orqanıstatusuna malikdir, fəaliyyətini peşəkar əsaslarla həyatakeçirəcək. Xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsihesab edilməyəcək.

Xüsusi icra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesabolunmayacaq.

Xüsusi icra məmurunun fəaliyyəti qanunçuluq, ədalətlilik,qərəzsizlik, obyektivlik, icra sənədlərinin icrasının məcburiliyi,məcburi icra tədbirlərinin mütənasibliyi və şəffaflıq prinsiplərinəəsaslanacaq.

Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən icraicraatının tərəflərinə (bundan sonra tərəflər), üçüncü şəxslərəhörmətlə yanaşmalı, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunuləkələyən hərəkətlərə (hərəkətsizliyə) yol verməməlidir.

Xüsusi icra məmuru peşə fəaliyyətində normativ hüquqi aktlarıntələblərinə dəqiq riayət etməlidir. Xüsusi icra məmuru yalnızqanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxslərin hüquq vəazadlıqlarına müdaxilə edə biləcək.

Xüsusi icra məmuru icra icraatı zamanı icra sənədindəgöstərilmiş tələblərdən kənara çıxa bilməz.

Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən yalnızqanuna tabedir. İcra sənədlərinin icrası ilə bağlı dövlət vəbələdiyyə orqanlarının, hüquqi və fiziki şəxslərin xüsusi icraməmurunun qanuni fəaliyyətinə müdaxiləsi qadağan ediləcək.

Xüsusi icra məmuru peşə fəaliyyətini həyata keçirərkən şəxsi,ailə, dövlət, peşə, həkim, bank, sığorta, kommersiya və ya vergisirrini təşkil edən, habelə qiymətli kağız mülkiyyətçilərinə dairməlumatların və digər konfidensial informasiyanın qorunması üçünqanunla nəzərdə tutulmuş tədbirlər görməlidir. Həmin məlumatlarınəsassız toplanmasına, yayılmasına və onlardan istifadə edilməsinəyol verilməyəcək.

Məcburi icra tədbirləri icra icraatının məqsədinə uyğun olmalı,həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və tələblərinhəcmi baxımından zəruri və səmərəli olmalıdır. Bu tədbirlər tətbiqedilərkən tərəflərin hüquq və qanuni maraqları təminedilməlidir.

Xüsusi icra məmuru peşə fəaliyyətini qanunla müəyyən edilmişhədlərdə həyata keçirəcək, sənədlərin və məlumatların tərəflər üçünəlçatanlığını təmin edəcək.

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyiqərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyiqərarlara bərabər olacaq. İcra sənədlərinin icrası ilə əlaqədarxüsusi icra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasınınərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər,onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburiolacaq.

Xüsusi icra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələbolunan məlumatlar, sənədlər və onların surətləri dövlət vəbələdiyyə orqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri vəfiziki şəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Bu qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuşhallarda məsuliyyət daşıyacaqlar.

Bu qanunun müddəaları qanun qüvvəyə mindikdən sonra verilən icrasənədlərinin icrasına şamil olunacaq. Bu Qanunun qüvvəyəminməsindən əvvəl verilən icra sənədləri xüsusi icra məmurununicraatına onun razılığı və müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi həddən çoxolmamaqla yönəldilə biləcək.

Xüsusi icra sistemi Azərbaycan Respublikasının inzibati ərazivahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqan (qurum) tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiqolunacaq.

Bu qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Seçilən
36
az.trend.az

1Mənbələr