AZ

Belarusda helikopter Ukraynaya uçan Rusiya dronunu vurub

Belarusda

İyulun 12-də Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı rus ordusuna aid dronlar Belarusun hava məkanından keçib. Bu zaman Belarus helikopteri bir “Gerbera” dronunu vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

“İyulun 12-də Belarus Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus “Mi-24” helikopteri Ukraynaya doğru uçan Rusiyaya məxsus “Gerbera” tipli PUA-ya hücum edərək onu məhv edib”, - mənbə bildirib.

Mənbələrə görə, o zaman Belarusun hava məkanında ən azı üç Rusiya pilotsuz təyyarəsi olub.

Belarus qüvvələrinə məxsus bir vertolyot hava məkanında monitorinq tapşırığı zamanı hücum pilotsuz təyyarəsinin aşkarlanaraq məhv edildiyini bildirib.

“Vurulan PUA-nın qalıqları Qomel vilayəti ərazisinə düşüb”, - kəşfiyyat mənbələri qeyd ediblər.

V. QULİYEV
Seçilən
9
reyting.az

1Mənbələr