AZ

İsmayıl Zülfüqarlı “Neftçi” ilə vidalaşdı

Premyer Liqada növbəti mövsümə hazırlaşan “Neftçi” daha bir futbolçusu – İsmayıl Zülfüqarlı ilə də yollarını ayırıb.

Arena.az xəbər verir ki, 24 yaşlı müdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında açıqlama yayıb.

İsmayıl Zülfüqarlı ötən ötən mövsüm icarə əsasında “Turan Tovuz”da çıxış edib. “Neftçi”nin yetirməsi olan futbolçu 2019-cu ildə əsas komandada debüt edirdi.

Premyer Liqada iki klubda forma geyinmiş İsmayıl Zülfüqarlı “Neftçi”də 67, “Turan Tovuz”da 50 qarşılaşmaya çıxıb. O, “ağ-qaralar”ın heyətində 4 qol və 7 məhsuldar ötürmə müəllifi olubsa, Tovuz klubunda cəmi 3 assistlə yadda qalıb.

24 yaşlı futbolçu Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

“Neftçi” bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi və Filip Ozobiçlə də yolları ayırmışdı. Gedənlərin əvəzində paytaxt klubu Sessi D’Almeyda, Luis Ortis, Murad Xaçayev, Elvin Bədəlov, İqor Ribeyro və İmad Farajla güclənib. Emil Balayevlə də yeni müqavilə imzalanıb.

Seçilən
23
3
arena.az

4Mənbələr