BAKI, 14 iyul. TELEQRAF
"Caspian Hospital"da oftalmoloq işləyən Cahid Şahbazovun barəsində cinayət işi başlanıb.
Teleqraf-ın xəbərinə görə, Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmaların sonunda Cahid Şahbazova cinayət işi açılıb.
Qeyd edək ki, Humay Əliyeva adlı xanım C. Şahbazov tərəfindən səhv əməliyyat edildiyini bildirib və sol gözünün kor olduğunu deyib.