AZ

“Pensiyaya çatmadan ölənlərin yaxınları yas pulundan məhrum olur” – Razı Nurullayev

“Dördüncü dəfə olacaq ki, yas pulunun verilməsi ilə bağlı məsələni seçicilərimin istəyi ilə qaldırıram. Dəfn pulu işləyən və pensiya yaşına çatmış şəxslərə verilir. Elə olur ki, adamın pensiya yaşına çatmasına bir neçə ay qalıb və rəhmətə gedir, yaxınları isə yas pulundan məhrum olur. Xahiş edirəm ki, məsələnin hazırkı durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev  Milli Məclisin növbədənkənar sessiyasının iclasında çıxışı zamanı deyib. 

O, bildirib ki, bir neçə il öncə eyni məsələni qaldırarkən haqlı məsələ olduğu qeyd edilmişdi:

“Bildirilmişdi ki, məsələnin əsaslı və müsbət yöndə həlli üçün addımlar atılır. Xahiş edirəm ki, məsələnin hazırkı durumu ilə bağlı məlumat verilsin və müsbət həlli yönündə proseslər sürətləndirilsin”.

Günay Şahmar, Bizim.Media

Seçilən
124
2
bizim.media

4Mənbələr