AZ

“Xüsusi elçi” artıq Kiyevdədir: “Güc yolu ilə sülh” prosesi başladı

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bazar ertəsi, iyulun 14-də Kiyevə gəlib.

Publika.az xəbər verir ki, onun səfəri uzun çəkəcək. Bu barədə “RBC-Ukrayna” Prezident Aparatının rəhbəri Andrey Yermaka istinadən məlumat yayıb.

Yermakın sözlərinə görə, müzakirə mövzuları müdafiə, təhlükəsizliyin gücləndirilməsi, silahlar, sanksiyalar, insanların müdafiəsi, Ukrayna ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi olacaq.

"Rusiya atəşi dayandırmaq istəmir. Güc yolu ilə sülh ABŞ prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik", - Yermak deyib.

Seçilən
33
1
publika.az

2Mənbələr