AZ

Baku Steel Company “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb (VİDEO)

Bakı. Trend:

Cənubi Qafqazın ən böyük polad istehsalçısı olan “Baku SteelCompany” QSC (bundan sonra – BSC) Sumqayıt şəhərində yerləşən“Azərboru” İstehsalat Sahəsində genişmiqyaslı modernizasiyalayihəsinin ilk mərhələsini tamamlayıb. Layihə şirkətinuzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir və“Azərboru”nun ixrac yönlü məhsullara əsaslanan müasir yüksəktexnoloji istehsalat sahəsinə çevrilməsində mühüm addımdır.

Şirkətin tikişsiz polad boru istehsalı sahəsində stratejitəşəbbüsləri iki amillə dəstəklənir:

• 2024-cü ilin noyabr ayında Amerika Neft İnstitutundan(API) beynəlxalq sertifikatın alınması. 2025-ci ilin mayayında keçirilən illik yoxlamadan sonra istehsal proseslərinin APItələblərinə tam uyğunluğu təsdiqləndi və bu, ABŞ bazarı da daxilolmaqla, boru məhsullarının ixracının genişləndirilməsi üçünimkanlar açdı.

• 2024-2025-ci illərdə yeni sinif boruların istehsalı üçün poladpəstahların keyfiyyətinin artırılmasını təmin etmək məqsədiləBSC-nin Bakı şəhərindəki Poladəritmə sahəsində həyata keçiriləntexnoloji modernizasiya. Vakuum Qazsızlaşdırma Qurğusunun istismaraverilməsi, pəstahların qapalı tökmə texnologiyasınınmənimsənilməsi, legirlənmiş elementlərin ərintiyə verilməsi üçünmüasir avadanlıqların tətbiqi mühüm layihələrdəndir. Daxilikeyfiyyəti idarəetmə standartları da daim təkmilləşdirilir.

“Azərboru”nun modernizasiyasının ilk mərhələsinin əsasməqsədləri:

  • Boru məhsullarının istehsal həcminin artırılması;
  • Yeni ölçü diapazonları və möhkəmlik sinifləri üzrə məhsulçeşidinin yerli və ixrac bazarları üçün genişləndirilməsi;
  • Gələcək məhsul inkişafı üçün texnoloji bazanınyaradılması;
  • Regionda BSC-ni fərqləndirə bilən böyük əlavə dəyərə malikyüksək texnologiyalı məhsulların bazarlarına çıxmaq.

Layihənin icrasına İspaniya, İtaliya, Almaniya, Rusiya,Hindistan, Çexiya və Ukraynadan olan avadanlıq və mühəndisliksahəsində ixtisaslaşmış tərəfdaşlar cəlb olunub. Əsas tərəfdaşlararasında “Danobat”, “Lazzari”, “GH”, “Karl Deutsch”, “Nordinkraft”,“Prestar” və sahənin digər lider şirkətləri yer alır.

İstehsalat dövrünün mərhələləri üzrə əsaslayihələr:

İsti yayma sahəsində, modernizasiyaçərçivəsində, TPA-250 yayma dəzgahı avadanlıqlarının yenilənməsielementləri ilə əsaslı şəkildə təmir olunub. Yayma dəzgahının vəqızdırıcı sobanın əsas komponentləri dəyişdirilib, “GHInduction/Ajax TOCCO” şirkətinin istehsalı olan yayma xəttindəkiboruların induksiya qızdırıcı sisteminin və yeni “Lazzari”düzləndirici dəzgahının quraşdırılması üçün hazırlıq işlərigörülüb. Yeni avadanlıq xəttin məhsuldarlığını artırır və yeni növboruların istehsalına imkan yaradır. Bütün bu işlər qəzasız şəkildəbaşa çatdırılıb - ümumi həcm 15 min adam/saatdan çox olub.

Qoruyucu borular sahəsində əhəmiyyətlidəyişikliklər baş verib. Burada borulara və birləşdirici muftalarayiv açmaq üçün müasir “Danobat” avadanlıqları, avtomatlaşdırılmışboru daşınma xətti və mufta quraşdırma kompleksləri istifadəyəverilib ki, bu da mufta birləşmələrinin məhsuldarlığınınəhəmiyyətli dərəcədə artmasına və stabil keyfiyyətininyaxşılaşdırılmasına imkan verir.

Keyfiyyətə nəzarət sistemi də xeyligücləndirilib. “Nordinkraft” şirkətinin boruların keyfiyyətinənəzarət üçün yeni ultrasəs qurğusu və “Karl Deutsch” maqnit-tozdefektoskopu - boruların və muftaların keyfiyyətini dəqiqdiaqnostika etməyə imkan verən avadanlıqlar istifadəyə verilib.

Modernizasiya şirkətə enerji səmərəliliyi və davamlı inkişafprinsiplərinə cavab verən müasir istehsal mühiti yaratmağa imkanverdi. Yeni nəsil avadanlıqlar enerji xərclərinin azaldılmasını,xammal itkilərinin minimuma endirilməsini və istehsal olunanməhsulların sabit keyfiyyətini təmin edir. Avtomatlaşdırılmışidarəetmə sistemləri sayəsində texnoloji proseslər dəqiq və çevikşəkildə nəzarətdə saxlanılır.

Əlavə olaraq, Muftaların sinklənməsi sahəsindətullantı sularının təmizlənməsi üçün qurğunun montajı tamamlanıb,yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur. Bu sistemşirkətin ətraf mühitə təsirinin minimuma endirilməsi və dayanıqlıinkişaf prinsiplərinə sadiqliyini əks etdirir.

Modernizasiyanın ilk mərhələsininnəticələri:

  • İstehsal gücü 60 min tona qədər - ikiqat artırılıb;
  • Yeni ölçü diapazonunda (245 mm diametrə, 20 mm divarqalınlığına qədər) məhsulların istehsalına başlanılıb;
  • P110 sinfi də daxil olmaqla, yeni məhsul siniflərinin seriyaistehsalı mənimsənilib;
  • Müasir avadanlıqlarda işləmək üçün personala təlim keçirilib,işçilərin ümumi ixtisas səviyyəsi artıb.

“Azərboru”nun modernizasiyasının ilk mərhələsinin həyatakeçirilməsi mühüm istehsal nəticəsi olmaqla yanaşı, həm də BSC-nintexnoloji həllər, beynəlxalq tərəfdaşlıq və strateji baxışaəsaslanan dayanıqlı inkişaf modeli qurmaq bacarığının sübutudur.Şirkət Azərbaycanın metallurgiya sektorunda aparıcı oyunçu vəqlobal bazarda etibarlı təchizatçı kimi rolunu gücləndirərəkistehsal güclərini inkişaf etdirməyə, məhsulların çeşidinigenişləndirməyə və keyfiyyətini təkmilləşdirməyə davam edəcək.

Məqalədə:
Seçilən
58
9
az.trend.az

10Mənbələr