Kolumbiyada baş verən partlayış nəticəsində bir zabit həlak olub, iki əsgər isə yaralanıb...
Poliqon CBS News-a istinadən xəbər verir ki, partlayıcı kamikadze (intihar hücumçusu kimi istifadə edilən) bir eşşəyə bağlanıb.
Heyvan istifadə edilən bu xüsusi əməliyyat 9 iyul tarixində Kolumbiyanın şimal-şərqində həyata keçirilib. Yerli KİV-lərin məlumatına görə, terror aktı üsyançılar tərəfindən təşkil edilib və partlayıcı qurğu eşşəyə bərkidilub. Heyvan hərbçilərə yaxınlaşdıqda bomba partladılıb. Eşşəklə yanaşı, bölük komandiri də həlak olub, daha iki əsgər isə yaralanıb.
Hücuma görə məsuliyyəti Kolumbiyada fəaliyyət göstərən, təxminən altı min döyüşçüsü olan "Milli Azadlıq Ordusu" (ELN) adlı üsyançı qruplaşma öz üzərinə götürüb. Qruplaşma, Kolumbiya hökuməti sülh danışıqlarını dayandırdıqdan və onu Venezuelayla sərhəddə basqınlar zamanı 100-dən çox insanın öldürülməsində günahlandırdıqdan sonra hücumlarını gücləndirib.
Poliqon.info