Rusiyanın müdafiə naziri Andrey Belousovun sevgili olduğu iddia edilən Mariya Şalayevanı 100 milyon dollarlıq hərbi yük təyyarəsi ilə manikür proseduruna göndərdiyi iddia olunub.
Publika.az xəbər verir ki, bu barədə “The US Sun” məlumat yayıb.
İddiaya görə, Belousovun sevgilisi 23 yaşlı Mariya Şalayeva Müdafiə Nazirliyinin “İlyuşin-76” təyyarəsi ilə Rostov-na-Dona aparılıb.
Şalayeva sosial şəbəkədə etdiyi paylaşımda "Kim deyir ki, təyyarələr Rostova getmir, gedirlər, amma hamı üçün yox. Kremldən bir nəfərlə münasibətim var. Etibarlılıq səviyyəm 200 faizdir" yazıb.
Onun daha sonra sildiyi bu paylaşımı ilə müdafiə nazirinə işarə etdiyi iddia olunub.