
ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iyulun 14-də Kiyevə gəlib. Onun səfəri uzun çəkəcək.
Reyting.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermaka istinadla məlumat yayıb.
Yermakın sözlərinə görə, söhbətin mövzuları müdafiə, təhlükəsizliyin artırılması, silahlar, sanksiyalar, insanların müdafiəsi, Ukrayna ilə ABŞ arasında əməkdaşlığın artırılması olacaq.
“Rusiya atəşi dayandırmaq istəmir. Güc yolu ilə sülh ABŞ prezidenti Donald Trampın prinsipidir və biz bu yanaşmanı dəstəkləyirik”,- deyə Yermak əlavə edib.
E. KAMAL