AZ

Putin Trampa Ukraynanın şərqinə hücum edəcəyini bildirib

Putin

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa yaxın bir neçə ay ərzində Ukraynanın şərqinə hücum etməyi planlaşdırdığını deyib.

Reyting.az
xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

Nəşr iyulun 3-də Trampla Putinin telefon danışığından bəhs edib. Həmin söhbətdə Kreml rəhbəri müharibəni qızışdırmağı planlaşdırdığını açıq şəkildə bildirib.

“Putin açıq şəkildə dedi ki, qarşıdakı 60 gün ərzində o, Rusiyanın mühüm mövqelərə malik olduğu Ukrayna vilayətlərinin inzibati sərhədlərinə qədər olan əraziləri işğal etmək üçün yeni səylər göstərəcək”,- “Axios” qeyd edib.

Putinlə söhbətdən qısa müddət sonra Tramp Fransa prezidenti Emmanuel Makronla danışıb. Mənbənin sözlərinə görə, TrampMakrona “Putin “hər şeyi almaq istəyir”,- deyib.

ELÇİN
Seçilən
26
reyting.az

1Mənbələr