AZ

Yeni transfer "Araz-Naxçıvan"la matç haqda: "Əlimizdən gələni edəcəyik"

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan Yunanıstan “Aris”i daha bir transferi reallaşdırıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Finlandiya millisinin hücumameyilli yarımmüdafiəçisi Fredrik Yensenlə anlaşıb. Tərəflər 3 illik müqaviləyə razılaşıblar.

Yeni transferi klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“İlk məqsədimiz avrokuboklarla bağlıdır. Konfrans Liqasının əsas mərhələsinə düşmək istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik".

“Araz Naxçıvan” - "Aris" matçları iyulun 24-ü və 31-də keçiriləcək.

Seçilən
38
4
sportinfo.az

10Mənbələr