Paris. Trend:
Azərbaycanlı jurnalistlər Qarabağda erməni təcavüzünün qurbanıolub və peşə borclarını yerinə yetirərkən həlak olublar.
Trend xəbər verirki, bunu “Baku Network” analitik mərkəzinin rəhbəri Elçin AğacanovUNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsindəkeçirilən və İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxiledilməsinin 25 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanıbildirib.
“O dövrdə Qarabağda baş vermiş təcavüz aktları nəticəsində 13azərbaycanlı jurnalist həyatını itirib. Onlar öz həyatlarınıhəqiqət, ləyaqət və ölkələrinin gələcəyi naminə qurban veriblər.Onların qəhrəmanlığı xalqımızın mədəni və tarixi yaddaşının əbədibir hissəsinə çevrilib”, – deyə o əlavə edib.
Azərbaycanın mədəni irsin qorunmasına verdiyi töhfədən danışanE.Ağacanov bildirib ki, ölkəmiz zəngin və çoxşaxəli mədəni irsinvətənidir və dövlət tərəfindən qorunan 6 300-dən çox abidəni böyükhəssaslıqla saxlayır.
“Ölkəmiz böyük qürur hissi ilə paleolit dövrü yaşayışyerlərindən tutmuş orta əsr karvansaralarına, qədim məbədlərdənmöhtəşəm qalalara qədər 6,300-dən çox abidəni qoruyur. Azərbaycantorpağında zərdüştlük, islam, xristianlıq və yəhudisivilizasiyalarının izləri harmonik şəkildə birgə yaşayır”, – deyəo vurğulayıb
E.Ağacanov qeyd edib ki, bu günə qədər UNESCO-nun Dünya İrsSiyahısına Azərbaycandan üç obyekt daxil edilib: İçərişəhər –Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə Osmanlı və Farsmemarlıq xüsusiyyətlərini özündə birləşdirən unikal şəhər ansamblı;təqribən 40 000 il yaşı olan 6 000-dən çox qayaüstü təsvirinyerləşdiyi Qobustan mədəni landşaftı; və “şəbəkə” vitrajları ilətanınan Xan Sarayını da əhatə edən Şəkinin Tarixi Mərkəzi.
Bundan əlavə, Azərbaycandan 16 obyekt UNESCO-nun İlkinSiyahısına daxil edilib. Onların arasında Xudafərin körpüləri,Suraxanıda yerləşən Atəşgah məbədi və Naxçıvandakı arxeolojikomplekslər də var. Rəsmi məlumatlara əsasən, hazırda ölkə üzrə600-dən çox arxeoloji obyekt, o cümlədən Gəncə, Naxçıvan vəQarabağda fəal şəkildə tədqiq edilir.
“Təkcə 2024-cü ildə 150-dən çox mədəni irs obyekti dövlətmühafizəsinə götürülüb”, – deyə o əlavə edib.
E.Ağacanov onu da vurğulayıb ki, Azərbaycanın qeyri-maddi mədəniirsi böyük əhəmiyyət kəsb edir. UNESCO-nun Qeyri-maddi Mədəni İrsinReprezentativ Siyahısına muğam (2008-ci il), xalçaçılıq sənəti(2010-cu il) və Novruz bayramı (2009-cu il) daxil edilib. Buənənələr xalqın dərin mənəvi kimliyini və mədəni irsindavamlılığını qorumağa olan sadiqliyini əks etdirir.
“Bunlar sadəcə abidə və ənənələr deyil”,- deyə o bildirib.“Bunlar bəşəriyyətin ortaq yolunun canlı şahidləridir və Azərbaycanonların qorunması və beynəlxalq arenada təbliğ olunması məsələsindəqətiyyətli mövqe sərgiləyir”.
Qeyd edək ki, UNESCO-nun 6–16 iyul tarixlərində keçirilən Dünyaİrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif mövzulardatədbirlər təşkil olunub. Bu tədbirlər arasında xüsusi yertutanlardan biri, 11 iyul tarixində baş tutan və İçərişəhərinUNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsrolunan təqdimat olub.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinintəşəbbüsü və Azərbaycan Respublikasının UNESCO üzrə MilliKomissiyasının, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyininvə Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə təşkilolunub. Tədbirin mövzusu – “Dünya irsinin qorunması: İrsinkonservasiyası və kommunikasiyası təcrübələri” olub.
Baku Network-un təşkilatçılığı ilə tədbir zamanı erməni təcavüzünəticəsində həlak olmuş Azərbaycan jurnalistlərinin xatirəsinə həsrolunmuş bukletlər paylanıb.
Tədbirin moderatoru Azərbaycanın UNESCO-da daimi nümayəndəsiElman Abdullayev olub.
Tədbirdə mədəni irsin qorunması, bərpası və cəmiyyətə təqdimolunması sahəsində beynəlxalq təcrübə, müasir yanaşmalar vəkommunikasiya strategiyaları müzakirə edilib. İştirakçılara“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu sahədəkifəaliyyəti və əldə olunan nəticələr təqdim olunub.