AZ

Ukraynanın yeni Nazirlər Kabineti bir həftə ərzində formalaşa bilər

Ukrayna prezidenti Vladimir Zelenski bu həftə Ukrayna Nazirlər Kabinetində dəyişiklik etmək qərarına gəlib.

Bakues.az “RBC-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, yeni hökumətə hazırda baş nazirin birinci müavini postunu tutan Yuliya Sviridenko rəhbərlik edəcək.

Hazırkı baş nazir Denis Şmıqal isə ABŞ-də səfir ola biləcək Rustem Umerovun yerinə müdafiə naziri postunu tuta bilər.

Yeni hökumətdə bəzi nazirliklərin birləşdiriləcəyi və səlahiyyətlərin ümumi şəkildə yenidən bölüşdürüləcəyi gözlənilir.

Bundan başqa, siyahısı hələ də müəyyən edilməkdə olan bir neçə nazir öz vəzifələrini itirə bilər.

Seçilən
18
icma.az

1Mənbələr