AZ

Elman Abdullayev İçərişəhərin 25 illiyi ilə bağlı UNESCO-da: Bu əlamətdar hadisədir (VİDEO)

Bakı. Trend:

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxiledilməsinin 25 illiyinə həsr olunan tədbir əlamətdar hadisədir.

Bunu Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi ElmanAbdullayev Trend-əParisdə təşkilatın 47-ci sessiyası çərçivəsində İçərişəhərinÜmumdünya İrs Siyahısına daxil edilməsinin 25-ci ildönümünə həsrolunmuş tədbirdə deyib.

"Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, İçərişəhərin 25illiyi Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində qeydolunur. Panel müzakirəsində çox maraqlı iştirakçılar çıxış ediblər.Zəngin və məlumatlı panel müzakirəsi baş tutub. Tədbir beynəlxalqictimaiyyətin, diplomatik korpusun və bir çox daiminümayəndəliklərin iştirakı ilə keçirilib. Əslində, bu tədbirinəhəmiyyəti ondadır ki, İçərişəhər qoruğunun özü unikal sistemdir.Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb", -deyə o bildirib.

E.Abdullayevin sözlərinə görə, “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsi təkcə mədəni irsin qorunması,müdafiəsi və təbliği ilə məşğul olmur, həm də mühüm kommunikasiyasistemi yaradır.

"Burada müxtəlif festivallar keçirilir. “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti ilə bağlı bütünməlumatlar qonaqlara təqdim edilib. Panel müzakirəsininiştirakçıları arasında UNESCO Baş Konfransının prezidenti vəÜmumdünya İrs Mərkəzinin sədri də olub", - deyə o qeyd edib.

Seçilən
101
2
az.trend.az

3Mənbələr