Çelsi, FIFA Klub Dünya Çempionatının finalında PSJ-ni 3:0 hesabı ilə məğlub edərək çempion olub. Final oyunu Çelsi ilə PSJ komandaları arasında keçirilib və ABŞ-da yerləşən MetLife stadionunda baş tutub.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Oyun Avstraliya Futbol Federasiyasından Alireza Fagani tərəfindən idarə olunub. VAR sistemində isə Bastian Dankert çalışıb.
Çelsinin qollarını 22-ci və 30-cu dəqiqələrdə Cole Palmer, 43-cü dəqiqədə isə Joao Pedro vurub.
PSJ-də çıxış edən Joao Neves isə 85-ci dəqiqədə qırmızı vərəqə alıb.
Bu nəticə ilə Çelsi FIFA Klub Dünya Çempionatının qalibi olub.
Xeyrənsə Piriyeva