AZ

“Çelsi” dünya çempionu oldu

ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.

Msport.az xəbər verir ki, final oyununda PSJ “Çelsi” ilə üz-üzə gəlib.

Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə meydanın mərkəzinə dəvət ediblər. London təmsilçisinin heyətində Koul Palmer (22, 30) və Joao Pedro (43) fərqlənib.

“Çelsi” tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək birinci yeri tutub. 2012-ci ildə isə “Çelsi” finalda Braziliyanın “Korintians” klubuna 0:1 hesabı ilə uduzub.

Seçilən
31
10
msport.az

10Mənbələr